Həbsxanada Tofiq Yaqubluya qarşı təxribat

Vəkil Bəhruz Bayramov bu gün Tofiq Yaqubovla görüşüb. Bu barədə Tofiq yaqubovun qızı Nigar Həzi paylaşıb. Operativtv.com Azadlıq qəzetinə istinadən yaydığı yazıda deyilir: 

"Bu gün vəkil Bəhruz Bayramov Tofiq Yaqublu ilə görüşüb. Təcridxanada kobud qanun pozuntusu baş verib. Belə ki, vəkili ilə görüşə imkan verilməyib. Polis görüş otağında onların yanında duraraq vəkili ilə Tofiq Yaqublunun konfidensial görüşünə mane olub. Bu orada böyük gərginliyə səbəb olub.
Tofiq Yaqublunun haqqsız, günahsız yerə həbs etməkləri azmış kimi hələ təcridxanada da ona rahatlıq verilmir.

Təcridxanada baş verən kobud qanun pozuntusuyla bağlı məhkəməyə müraciət ediləcək".