Qaradağda yanacaqdaşıyan avtomobil yanıb, 1 nəfər ölüb

Bu gün Bakı-Qazax yolunun 55-ci km baş vermiş yol-nəqliyyat hadisəsi baş verib. 

Baş DYP İdarəsindən verilən məlumata görə bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. Qəzada Opel markalı 99-BH-926 d.q.n-lı, Mercedes markalı 99-ZD-593 d.q.n-lı və Kamaz markalı 42-CB-514 d.q.n-lı avtomobillər toqquşmuşdur. Qəza nəticəsində Mercedes 99-ZD-593 d.q.n-lı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirmişdir. Faktla bağlı araşdırma aparılır.

Son məlumatlara görə yanğın söndürülüb.