KİV: "Yəməndə 130 milyon dollarlıq limanın tikintisi planlaşdırılır"

Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Naser Şurayf danışıb.

Onun sözlərinə görə, layihə 130 milyon dollar qiymətləndirilir.

Nazir müavini qeyd edib ki, Yəmən hökuməti “Ajham Energy & Mining Co.” şirkəti ilə 50 il müddətinə konsessiya şərtləri altında Ərəb dənizində limanın üç il ərzində tikintisi üçün sazişi təsdiqləyib. Bu, limana faydalı qazıntıların daşınması üçün 45 milyon dollarlıq yolun tikintisini nəzərdə tutur.