Bolton: Türkiyənin NATO-ya üzvlüyü Rusiya ilə bağlı mövqeyinə görə sual altında olmalıdır

 ABŞ-ın 45-ci prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton rəsmi Ankaranın Ukrayna münaqişəsində Rusiya əleyhinə sərt mövqe nümayiş etdirmək istəməməsi fonunda Türkiyənin 2023-cü ildə NATO-ya üzvlüyünün sual altına düşə biləcəyi barədə fikir bildirib.

Onun fikrincə, yaxın aylarda “Qərbin birliyi və qətiyyəti” həqiqətən də praktikada sınaqdan keçiriləcək.

“Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün heyrətləndirici qərar verdilər, lakin Rusiyanın ticarət və hərbi tərəfdaşları, 2023-cü ildə NATO-ya üzvlüyü sual altında olmalı olan Türkiyə də, hələ də Moskvadan imtina etməyiblər”, deyə Bolton bazar ertəsi “The Daily Telegraph”da dərc olunan məqaləsində yazıb.

O, həmçinin qeyd edib ki, Almaniyanın müdafiə xərclərini artırmaq niyyəti ilə bağlı bəyanatları hələ də baş tutmayıb.

“Almaniyanın 2023-cü ildə müntəzəm müdafiə büdcəsi 2022-ci ildə olan büdcəsindən daha az olacaq”, deyə Bolton vurğulayıb. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, eyni zamanda Trampın keçmiş köməkçisi qeyd edib ki, Ukraynada münaqişənin uzadılması Qərbdə narazılığın artmasına səbəb olacaq.