General Qasim Süleymaninin ildönümü ilə əlaqədar İranda üç min məhbus əfv edilib

 Şəhid general Qasim Süleymaninin üçüncü ildönümü ilə əlaqədar İranda üç min civarında məhbus əfv edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Hakimiyyətinin sədri Mohsen Əjeyi məlumat verib.

Bildirilib ki, şəhid Qasim Süleymaninin üçüncü ildönümündə müxtəlif əyalətlərdə üç min məhbusun sərbəst buraxılması barədə göstəriş verilib.

Qeyd edək ki, bu gün mərhum generalın üçüncü ildönümüdür. Paytaxt Tehran və mərhumun doğulduğu və dəfn edildiyi Kerman başda olmaqla, ölkənin bütün bölgələri ildönümü ilə əlaqədar tədbirlərin şahididir.