Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başladı

Operativtv.com Az.shafafaqna.com-a istinadən xəbər verir ki, bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

Qeyd olunur ki, sənəd qəbulu istirahət və bayram günləri xaric hər gün saat 10:00-dan 17:00-a kimi qəbul ediləcək. Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə başlayacaq.