ABŞ: Əsas məqsədlərimizdən biri Hizbullahın təsiri ilə mübarizədir

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmisi Hizbullahın Livandakı təsiri ilə mübarizəni Ağ Evin əsas məqsədlərindən biri kimi təsvir edib.

ABŞ Dövlət Departamentinin Yaxın Şərq Məsələləri üzrə köməkçisi Ethan Qoldriç iddia edib ki, Co Bayden administrasiyası Hizbullahın Livana təhdidlərindən xəbərdardır və Hizbullahın bu ölkədəki nüfuzuna qarşı durmağa çalışır. Ethan Qoldriç deyib: “Livandakı böhranlar mürəkkəbləşdikcə, biz Hizbullahın Livan, ABŞ və region üçün yaratdığı təhlükəyə qarşı ayıq-sayıq qalır və öz veririk ki, Vaşinqton Hizbullah təhlükəsi ilə mübarizə aparmaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. Əslində, Hizbullahın təsiri ilə mübarizə və Livanın sabitliyini və təhlükəsizliyini gücləndirmək bu hökumətin əsas məqsədlərindəndir”.

Son illərdə Amerika hökuməti Livanda Hizbullahın sevgisini azaltmaq üçün dünya miqyasında kampaniyaya başlayıb. Bu kontekstdə Vaşinqton bütün Hizbullahı terrorçu elan etmək üçün Avropa ölkələrinə güclü təzyiq göstərir. ABŞ həmçinin Hizbullah ilə əlaqədə olduğu iddiası ilə bir sıra Livan banklarına və şəxsiyyətlərinə sanksiya tətbiq edib. Amerikanın Hizbullaha qarşı hərəkətləri dəfələrlə ekspertlər və siyasi analitiklər tərəfindən tənqid edilib və bildiriblər ki, Hizbullah Livanda sülh və sabitliyin qorunmasında, regionda terrorçu və ekstremist qruplarla mübarizədə mühüm rol oynayır.

Amerikanın indiyə qədər Hizbullaha qarşı etdiyi hərəkətlər əks effekt verir və bu qrupun Livanda sevgisi artır.