“Zirə” “Səbail”ə qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, açılış matçında “Səbail” “Zirə”ni qəbul edib. “ASCO Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesabı qələbəsi ilə yekunlaşıb.

Günün digər görüşü isə “Bank Respublika Arena”da “Sabah” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Bu cütün cavab görüşləri fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın digər matçları yanvarın 31-də oynanılacaq.