UNICEF-in sözçüsü: Qəzza zolağında hər gün 27 uşaq ölür

UNICEF-in sözçüsü Əbu Xələf Qəzza zolağında hər gün 27 uşağın öldüyünü bildirib.

UNİCEF-in sözçüsü Kazım Əbu Xələf Sputnik-ə müsahibəsində Qəzza zolağında uşaq ölümlərinə münasibət bildirib.

Sözçü, Qəzzada uşaq ölümlərinin artdığını, gündə 27-28 uşağın öldüyünü bildirib.

O, həmçinin qida çatışmazlığı səbəbindən gündəlik uşaq ölümlərinin ötən ilin fevral ayı ilə müqayisədə 180 faiz artdığını, 650 gündən çox davam edən münaqişə nəticəsində hər gün bir məktəb sinifinin silindiyini qeyd edib.

Sözçü 76 uşağın qida çatışmazlığı səbəbindən aclıq çəkdiyini əlavə edərək, Qəzza zolağında vəziyyətin pisləşməkdə davam etdiyini, ərazinin 88 faizinin ya “qırmızı zona” (münaqişə zonası) kimi təsnif edildiyini, ya da İsrailin təxliyəsinə məruz qaldığını vurğulayıb.

Sözçüsü Əbu Xələf Qəzzada yaşayan hər üç nəfərdən birinin bir neçə gündür yemək yemədiyini, xəstəliklərin 44 faizinin təmiz su çatışmazlığından qaynaqlandığını, bölgədəki ailələrin 95 faizinin isə su qıtlığı yaşadığını əlavə edib.

Bölgədəki ümumi vəziyyətə münasibət bildirən Əbu Xələf, "Qəzzadakı reallıq heç bir yaxşılaşma əlaməti olmayan qaranlıq və qorxuncdur. Bunun əvəzini Qəzzada olan uşaqlar ödəyir; bölgə nəhəng uşaq məzarlığına və dünyanın ən pis uşaq məskəninə çevrilib" dedi.