"Bələdiyyə 'seçkilərinə' boykot" şüarı ilə bu gün saat 19:00-da TSU-nun (Tbilisi Dövlət Universitetinin) birinci korpusundan Parlamentə doğru etiraz yürüşü keçiriləcək.
Etiraz yürüşünün təşkilatçıları bələdiyyə seçkilərini boykot edən partiyalar, vətəndaş fəalları, tələbələr və aksiyalar zamanı saxlanılan şəxslərin ailə üzvləridir. Eyni zamanda, yürüşə "300 qadın" adlı etiraz hərəkatı da qoşulacağını açıqlayıb.
Aksiya təşkilatçıları bildirirlər ki, onlar 4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərini tanımırlar və yeni, azad parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Həmçinin məlum olduğu kimi, Tbilisidə 19 iyulda planlaşdırılan aksiya ilə paralel olaraq, Batumidə də yeni seçkilərin keçirilməsi və aksiyalar zamanı saxlanılanların azadlığa buraxılması tələbi ilə aksiya keçiriləcək.
Tbilisidə seçki üsyanı: Minlərlə insan Parlamentə doğru yürüşə hazırlaşır