Siyasi məhbus Razi Hümbətovun Penitensiar xidmətə müraciəti bu dəfə də rədd edilib. Baş idarə heç bir səbəb göstərilmədən R. Hümbətovun anası Qətibə Hümbətovanın il mərasimi üçün müraciətini “məqbul” hesab etməyib. Məsələ burasındadır ki, Razi ötən il anasının dünyasını dəyişdiyi günlərdə də eyni müraciətlə Ədliyyənin qapısını döymüşdü və o zaman da rədd cavabı almışdı. Ötən gün, iyulun 20-də keçirilən il mərasimi ilə bağlı müraciətini bu dəfə də Penitensiar xidmət eyni soyuqqanlılıqla rədd edib.
Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 2021-ci il iyulun 7-də saxlanılıb. O, narkotiklərlə bağlı ittihamla şərlənsə də, onu tanıyan bütün Ceyranbatan ərazisinin sakinləri bilir ki, Razi böyük güclərin ölkədə narkotikin yayılması üçün açdıqları bazara etiraz etdiyi üçün həbs edilib.
İnanclı yaşadığı məntəqədə broşurlar çıxararaq narkotikanın zərərləri, cəmiyyətə dəyən ziyanları təbliğ etməklə xalqı bu bəladan qorumağa çalışıb. Bu isə Hümbətovu narkotik dəllallarının hədəfinə tuş gətirib. Onlar elə Razi Hümbətovun əleyhinə bütün gücünü səfərbər etdiyi narkotiklərlə bağlı ittihama məruz qoyaraq onu həbsə məhkum etdilər.
Razinin günahsız həbsi anası Qətibə xanımın müxtəlif xəstəliklər tapmasına səbəb oldu. Bu isə onun vəziyyətində hər ötən gün ciddi problemlərə yol açdı. 2024-cü ilin 20 iyulunda ana belə acıların qoynunda dünyasını dəyişərək axirət aləminə səfər etdi. Onun ölüm xəbərini həbsxanada alan Razinin hansı hisslər keçirdiyini təsəvvür etmək belə insanın ruhunu sarsıdır. Lakin onun son dəfə anası ilə vidalaşmaq üçün Penitensiara etdiyi müraciət elə bu dəfə olduğu kimi o dəfə də eşidilmədi.
Penitensiar Razi Hümbətovun bu müraciətini də rədd etdi; O, nə anasının dəfninə, nə də il mərasiminə buraxılmadı