Əl-Əzhər şeyxi Qəzza sakinlərinin xilas edilməsi üçün təcili tədbir görülməsini tələb edib

Əl-Əzhər şeyxi dünya ictimaiyyətini Qəzza zolağında aclıqdan ölüm təhlükəsi ilə üzləşən insanların həyatını xilas etmək üçün dərhal hərəkətə keçməyi tələb edib.

Şeyx Əhməd Ət-Tayyib mesajında bildirib:

“Qəzza zolağında yaşayan fələstinlilərin qətliamının davam etdiyi bir şəraitdə bəşəriyyətin vicdanı sınağa çəkilir və İsrail rejiminə hərbi və siyasi dəstək verənlər bu cinayətlərdə birbaşa şərikidir.”