Azərbaycan mətbuat azadlığı indeksində 167-ci yerdə qərarlaşıb

İyulun 22-də Azərbaycan milli mətbuatının 150 yaşı tamam olur.
"Sərhədsiz Reportyorlar" Təşkilatının (RSF) hesabatına görə, Azərbaycan mətbuat azadlığı indeksində 167-ci yerdə qərarlaşıb.
Təşkilat bildirir ki, Azərbaycan Belarusdan yalnız bir pillə geridə qalmaqla, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında media azadlığı ən pis vəziyyətdə olan üç ölkədən biri olub.
2023-cü ilin sonundan başlayaraq ölkənin müstəqil fəaliyyət göstərən, korrupsiy faktları üzə çıxaran, vətəndaşların şikayətlərini işıqlandıran bir neçə media orqanı basqıya məruz qalıb.
Hazırda azı 30-dan çox jurnalist qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir. Onlar ittihamları rədd edir, məhz peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Beynəlxalq insan haqları qurumları da hökuməti mediaya təzyiqləri dayandırmağa, haqsız tutulanları azad etməyə çağırır.