Kərbəlada Quranın hifzi üzrə ən böyük tədris seminarı başladı

Kərbəlada şəhərində yerləşən “Zuheyr bin Əl-Qeyn” məktəbində Qurani-Kərimin müasir üsullarla əzbərlənməsi üzrə 3-cü ixtisaslaşmış tədris seminarı start götürüb.

Bu barədə İmam Hüseynin (ə) Müqəddəs Hərəminin Quran Evinin nəzdində fəaliyyət göstərən Quranın Öyrənilməsi Mərkəzinin başçısı Vaəl əl-Qariti məlumat verib.

O, Quran mədəniyyətinin cəmiyyətin müxtəlif təbəqələrində təbliğ və təşviqinin əhəmiyyətini qeyd edib və deyib ki, Quranın hifzi üzrə müasir bacarıqlarına və müxtəlif tədris metodlarına bələd yeni müəllimlərin hazırlanması bu ixtisaslaşması tədris seminarının məqsədlərindən biridir.

Müqəddəs Həkərmin Quran İnformasiya Mərkəzinni başçısı Visam Nəzir əd-Dulfi bildirib ki, sözügedən kurs həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulmaqla iki bölmədədir və iştirakçıların sayı 70 nəfərdən çoxdur.

Əlavə edilib ki, bu seminarın iştirakçıları İraqın müxtəlif bölgələrindən gəliblər və onları Quran Evinin filiallarını və bəzi Quran institutlarını təmsil edirlər.

Quran tilavəti ilə başlayan açılış mərasimi zamanı vurğulanıb ki, İmam Hüseyn (ə) Hərəmi Qurana xidmət yolunda lazım olan hər bir şeyi edəcək.

Qeyd edilib ki, Quranın əzbərlənməsi mübarək kitabın növbəti nəsillərə ötürülməsinin ilk üsulu olub və “əzbərləməkdən sonra tərtibat və nöqtələrin qoyulması mərhələsi başladı və buna görə də Allahın Kitabının əzbərlənməsi Quran əhli üçün çox böyük əhəmiyyət kəsb edir”.

Bu seminarın müəllimlərindən biri olan Hafiz Əli Hadi hifz zamanı istifadə edilən metodları və hafizlik aləminə gedən yollaır asanlaşdıran üsulları izah edib və qeyd edib ki, “bu tədris kursu 6 ay əyani və elektron formatlardan keçəcək”.