Yəmən Silahlı Qüvvələri: “Zülfiqar” ballistik raketi ilə Ben Qurion hava limanını hədəfə aldıq

Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq bildirib ki, Fələstin xalqına və onların qəhrəman mücahidlərinə dəstək olaraq, eləcə də sionist rejimin Qəzza zolağındakı soyqırım cinayətlərinə cavab olaraq, Yəmən Ordusunun raket qüvvələri İsrailin işğal altındakı Yafa bölgəsində yerləşən lodd hava limanı – Ben Qurion hava limanına qarşı “Zülfiqar” ballistik raketi ilə genişmiqyaslı hərbi əməliyyat həyata keçirib.

Əl-Məsirə telekanalının cümə axşamı səhər saatlarında yaydığı məlumata görə, Yəmən tərəfi bu əməliyyatın uğurla həyata keçirildiyini, hava limanında uçuşların dayandırıldığını və milyonlarla işğalçının sığınacaqlara qaçdığını bildirib.

Bəyanatda həmçinin qeyd olunur ki, Yəmən Silahlı Qüvvələrinin PUA bölməsi də üç hərbi əməliyyat həyata keçirib. Bu əməliyyatlar çərçivəsində dörd pilotsuz uçuş aparatı işğal altındakı Naqab bölgəsindəki hərbi hədəfə, Lodd hava limanına və Eylatdakı (Əm ər-Rəşraş) işğal olunmuş limana yönəldilib. Bildirilib ki, bu hücumlar da uğurla icra olunub.