Məlumatlı mənbənin sözlərinə görə, “Xatəmul-Ənbiya” qərargahının komandanı general Əli Şadmani ilə bağlı hadisə İran tarixində texnoloji baxımdan ən çətin düşmən əməliyyatı olub.
Hər şey 2023-cü ilin dekabrında “Nur” Genetika Mərkəzində onun DNT məlumatlarının qeydə alınması ilə başladı — formal olaraq şəhid olmuş qardaşının qalıqlarının identifikasiyası üçün.
Lakin bu məlumatların mediada yayılması əslində İsrailin əməliyyatına start verdi.
Düşmən süni intellektdən istifadə edərək onun genetik məlumatlarını xüsusi bir sistemə yüklədi. Bu sistem insanı kəllə formasına, yerişinə, hətta kölgəsinə görə tanıya bilən bir sistemdir.
Eyni zamanda Tehranın müşahidə kameralarına "GrayBarcode" adlı çox mürəkkəb casus virus yerləşdirildi. Kameralardan gələn bütün məlumatlar real vaxtda uyğunlaşdırma alqoritminə ötürülürdü.
2025-ci il iyunun 27-də kameralardan biri Zaferaniyyə küçəsində qaranlıqda bir fiquru qeydə aldı. Üz aydın görünmürdü, lakin süni intellekt bu şəxsin generalın DNT-si ilə 98,3% uyğun gəldiyini göstərdi.
Koordinatlar İsrailin Hermes 450 pilotsuz uçuş aparatına ötürüldü. 5 dəqiqə sonra istiliklə idarə olunan raket generalın maşınına dəqiq zərbə endirdi.
Lakin sonradan məlum oldu ki, bu qətl nə əsgər, nə də silahlı tərəfindən törədilib, bu, DNT ilə işləyən rəqəmsal kod vasitəsilə həyata keçirilib.
Nəticə: «Yeni müharibələr dövründə insan bədəni sadəcə ət deyil. Əgər DNT məlumatların düşmənin əlindədirsə, sən öz ölümünün açar koduna çevrilirsən.»
Bu terror aktı hər kəs üçün, hərbçilərdən və məmurlardan tutmuş adi vətəndaşlara qədər ciddi siqnal oldu. Çünki onların genetik məlumatları təhlükəsiz olmayan və ya xarici bulud bazalarına düşə bilər. Gələcək müharibələr, alqoritmlərin, genomların və səssizliyin müharibəsidir.
General Əli Şadmani̇yə qarşı ən çətin və yüksək texnologiyalı əməliyyat