Suriyanın paytaxtı Dəməşqdə Mar İlyas kilsəsində baş verən partlayışda 20 nəfər həyatını itirib, 52 nəfər yaralanıb. Partlayış Dəməşqin şərqindəki Duveyla bölgəsində yerləşən kilsədə baş verib.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Səhiyyə Nazirliyinə istinadla verdiyi xəbərə görə, partlayışın terror aktı nəticəsində baş verdiyi bildirilir. Kilsəyə böyük ziyan vuran partlayışdan sonra təhlükəsizlik qüvvələri hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Suriyanın Xarici İşlər Nazirliyi İŞİD-i günahlandırıb
HTŞ rejiminin Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyini açıqlayıb. Nazirliyin açıqlamasında bu “xain” hücumun ölkənin milli birliyini və sabitliyini pozmaq məqsədi daşıdığı vurğulanıb. Hücumun təkcə bir dini təbəqəni hədəf almadığı, Suriyanın bütün ictimai quruluşuna qarşı həyata keçirildiyi də bildirilib.
Suriyada kilsəyə İŞİD hücumu gerçəkləşib: Çox sayda ölən olub