Səudiyyə yenidən Yəmənə hücum edib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiya qüvvələrinin Yəmənin Səda vilayətinə hücumları davam edir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Məsirə telekanalının məlumatına görə, Səda əyalətinin Şeda sərhəd bölgəsi Səudiyyə koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən hədəfə alınıb.

Hücum nəticəsində bir yəmənli mülki vətəndaşın həlak olduğu açıqlanıb.

Yəmənin Milli Qurtuluş Hökumətinin Səhiyyə Nazirliyi də eyni vaxtda yaydığı bəyanatda Hudeyda əyalətinin Əl-Şarca şəhərinə pilotsuz uçuş aparatının (PUA) hücumunu pisləyib.

Bu hücumda 3 uşaq həyatını itirib, 1 nəfər yaralanıb.