“Qarabağ” “Səbail”i də məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk oyun “Səbail”lə “Qarabağ” arasında baş tutub.

Üç qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi növbəti qələbəsini qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.

Günün digər matçında “Sabah” “Turan Tovuz”u sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
21-ci tur
3 fevral

“Səbail” – “Qarabağ” 1:2
Qollar: Pedro Nuno, 68-pen – Toral Bayramov, 14-pen. Yassin Benzya, 59-pen.
Toral Bayramov 90+6-cı dəqiqədə penaltidən yararlana bilməyib (kənara).
Qırmızı vərəqə: Maksim Medvedev, 66 (ikinci sarı).
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
“ASCO Arena”, 15:00