Premyer Liqa: “Zirə” öz meydanında “Sabah”a uduzub

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

Məlumata əsasən,  “Zirə” doğma meydanda “Sabah”la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu dəqiqədə penaltidən Sofyan Çakla vurub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran “Sabah” yeddinci pilləyə yüksəlib. 30 xalı olan “Zirə” isə ikinci sırada yer alıb.

Qeyd edək ki, XX turun əvvəlki oyunlarında “Turan Tovuz” “Səbail”ə 3:1, “Qarabağ” isə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” və “Neftçi” – “Qəbələ” matçları ilə yekun vurulacaq.