Peru polisi korrupsiya araşdırması çərçivəsində prezident Boluartenin evinə basqın edib

Boluarte qeyri-qanuni varlanma ilə bağlı istintaqın "qeyri-konstitusiya və ayrı-seçkilik" aparılmasını rədd etdiyini bildirib.

Cənubi Amerika ölkəsi Peruda polis prezident Dina Boluartenin əmlakı kimi bəyan etmədiyi Rolex saatlarına görə onun evinə basqın edib.

Korrupsiya araşdırması çərçivəsində həyata keçirilən reyd zamanı Boulartenin evinin qapısı sındırılıb. Peru hakimiyyət orqanları basqının davam edən korrupsiya araşdırması çərçivəsində həyata keçirildiyini bildirib.

Televiziyadakı çıxışında Boluarte qeyri-qanuni varlanma ilə bağlı istintaqın "qeyri-konstitusiya və ayrı-seçkilik" aparılmasını rədd etdiyini bildirib.

Peru prezidenti hakimiyyəti ailə üzvlərinə yuxudan oyanmaq, geyinmək və qapını açmaq üçün kifayət qədər vaxt verməməkdə günahlandırıb.

Polisin verdiyi açıqlamaya görə, Boularte-nin aktiv olaraq bəyan etmədiyi Rolex saatlarının axtarıldığı basqına təxminən 40 məmur qatılıb.

Peru hökuməti Boluartenin evinə basqını “dözülməz biabırçılıq” adlandırıb.

Boluarte, solçu keçmiş prezident Pedro Kastilyonun həbsindən sonra vəzifəsinin icrasına başlayıb.

Boluarte rəhbərliyini qəbul etməyən Peru xalqı həftələrlə küçə etirazları təşkil edib. Kastilonun azadlığını tələb edən etirazçılara polisin sərt müdaxiləsi nəticəsində çoxlu insan həyatını itirib.