Orduda xidmət edən inanclı əsgərlərə ABŞ məhkəməsindən saqqal və baş örtüyü icazəsi

ABŞ Federal Məhkəməsi ABŞ ordusunda xidmət edən inanclı əsgərlərin dini inanclarına görə saqqallarını və əmmamələrini saxlaya bilməsi barədə qərar verib. Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi ABŞ Dəniz Piyadaları Korpusu bölməsində saqqal saxlamağa və əmmamə taxmağa icazə verilməyən üç  əsgərin şikayətini təmin edib. Məhkəmə əsgərlərin öz dini inanclarına sadiqliklərini ifadə etmək üçün saqqal uzada və əmmamə taxa bildiklərini qeyd edib və bunun onların vəzifələrini yerinə yetirmələrinə mane olmayacağına qərar verib.

Sözügedən üç əsgər ABŞ Ordusunda Dəniz Piyadaları Korpusuna qoşulmaq üçün imtahanlardan keçib, lakin əsas təlim düşərgəsindəki qaydalara uyğun olaraq onlardan saqqallarını kəsmələri və əmmamələrini çıxarmaları tələb olunduğu zaman onlar məhkəməyə müraciət ediblər.