Ombudsman Bəxtiyar Hacıyevi qəbul edib, səhhəti ilə maraqlanıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib, səhhəti ilə maraqlanıb.

Operativtv.com Reporta istinadən bu barədə Ombudsman Aparatından məlumat veirlib.

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilib.

Ombudsman S.Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən keçirilmiş başçəkmələr zamanı yemək qəbulundan imtina etməsi ilə bağlı məlumatlar yayılmış Bəxtiyar Hacıyev də fərdi qaydada qəbul edilib. Fərdi qəbul zamanı onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi yerində araşdırılıb, müraciəti dinlənilib.

Başçəkmələr çərçivəsində keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.

Qeyd edilib ki, B.Hacıyevin hüquqları ilə bağlı ailə üzvləri və hüquq müdafiəçiləri tərəfindən Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.