İraqın ali dini mərcəsi Ayətullah Seyyid Əli Sistani Nəcəf şəhərinə səfər edən ölkənin Baş naziri Əli Zeydini qəbul etməyib.
Bunu jurnalist-araşdırmaçı, Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu bildirib.
Onun sözlərinə görə, Ayətullah Sistaninin bu addımının səbəbi Zeydinin İraqda “İslami müqavimət” adlandırılan qruplara qarşı tərksilah siyasəti, xüsusilə də “Həşd-Şabi”yə daxil olan “Kətaib Hizbullah”a Cürf ən-Nəsrdə (köhnə adı Cürf əs-Səxr) yerləşən qərargahını boşaltmaq üçün cümə gününə qədər vaxt verməsi və əraziyə silahlı qüvvələri göndərməsidir:
“Ayətullah Seyyid Sistaninin bu hərəkəti Zeydi üçün ciddi xəbərdarlıqdır, hətta belə demək olarsa, istefaya getməsinə qədər gedib çıxa bilər”.
Vaşinqton razılaşması və tərksilah siyasəti
Kənan Rövşənoğlu qeyd edib ki, şiə siyasi partiyaların ortaq razılaşması ilə seçilən Əli Zeydi Vaşinqtonun təlimatı ilə ölkədəki qeyri-dövlət silahlı birləşmələri ləğv etməyə çalışır:
“Bu barədə razılaşma Zeydinin Vaşinqtona səfəri zamanı əldə olunub. Belə demək olarsa, Trampın İraqda İran təsirini azaltma planının tərkib hissəsidir. Əlbəttə, silahlı qruplaşmaların ləğvi məsələsi əvvəlki hökumət zamanı da aktual idi, razılaşmalar var idi. Amma onlar bunu daha ehtiyatlı və tərəflərin uzlaşması ilə həyata keçirirdilər. Zeydi isə bu işi, necə deyərlər, kobud formada, qarşı tərəfi nəzərə almadan aparır”.
“Trampın İraq projesi zor və təzyiqə əsaslanır”
Jurnalist-araşdırmaçı vurğulayıb ki, “Kətaib Hizbullah” və digər qruplar İrana ideoloji olaraq yaxın ola bilər, amma İŞİD hücumları zamanı ordu, polis qaçanda, siyasətçilər xəyanət edəndə, İraqı onlar müdafiə ediblər, canlarını qurban veriblər, özü də Ayətullah Sistaninin çağırışı ilə:
“İndi isə cavan biznesmen, heç bir siyasi gücü olmayan baş nazir Trampa xoş gəlmək üçün bu şəxs və qruplara müharibə elan edir. Trampın İraq projesi digər siyasi addımları kimi zor və təzyiqə əsaslanır. Amma Şərqdə bu şeylər işləmir. Xüsusilə də İraqda”.
Ayətullah Sistani Əli Zeydini qəbul etmədi, Trampın İraq projesi daşa dəydi – Ekspert

Oxşar xəbərlər