Təhsil müəssisələrində hicaba qadağa təəssüratı müxtəlif düşüncələrlə gündəmə gəldi: bunun siyasi layihə olması, Qərbin bu ölkəni görmək istədiyi İslam və örtüksüzlük, dünyəvilik adı altında anti-İslam təmizləməsi və sair və ilaxır. Fikirlərin nə olmasından asılı olmayaraq, bütün bu düşüncələri körpə, azyaşlı hicablı qız uşaqları öz göz yaşları ilə dağıdaraq hadisənin zəfər bayrağını dalğalandırdılar.
Azyaşlıların başlarının zorla bağladılması, müəyyən yaşa çatana qədər belə bir məhdudiyyətin ailə məcburiyyəti olması kimi fikirlər bu hadisədən də öncə səslənirdi. Şübhəsiz, hicab qadağası ilə bu tip fikirlər daha çox ixrac edilməklə rejimin bu addımına haqlılıq donu geydirmək cəhdi daha da intensivləşdi.
Bütün diqqətlər məsələnin özünə dikilərkən, dünyanın səssizcə seyr etdiyi və danışıqlarını belə anlamadığı bu azyaşlı körpələrin göz yaşları ilə öz hicablarını müdafiə etməsi bütün bu iddiaları alt-üst etdi.
Onlar fəryad edirdilər. Bu, kənardan müşahidə edən hər bir kəsin görəcəyi tükürpədici reallıq idi. Məktəb psixoloqlarının söhbətlər apardığı bu azyaşlıların hicab sevgisi onların ruhu ilə həmahənglik yaradaraq öz nümayişində hər kəsə dəyər dərsi keçirdi. Sadəcə dərs yox, sevgi, ehtiram və ağrılı göz yaşlarını tərənnüm etdirməklə. Bunlar süni, əvvəldən düşünülmüş sətirlərin təzahürü deyildi. Bunlar daxildən hicabı özünün ayrılmaz parçası olaraq görən və hədəfə alındığı üçün acizanə ağlayaraq “Görərsiz, sizi Allaha şikayət edəcəm…” söyləyən məsum mələyin göz yaşlarında özünü qoruyan bir mücadilə idi.
Bu sətirlər məktəb qapılarından küçələrə, şəhərlərə, ölkələrə çağırış edərək hicablı uşaqların mübarizə simvolunda qələbə sədası olaraq nəinki dolaşdı, hətta azad düşüncələri də dilə gətirərək bu uca mübarizəyə dəstək çağırışına çevrildi.
Siz qalib oldunuz, körpə mələklər! Siz hicabı ruhunuzun həmrəngi olaraq dünya insanına həqiqətini göstərərək onun ölümsüzləşən qələbə bayrağını bir daha şərəflə dalğalandırdınız. Tarix sizin böyük mücadilənizlə fəxr edir və edəcək də. Buna əmin olun.
Körpələrin göz yaşlarında zəfər
Oxşar xəbərlər