Həbsdən azad edilən Süleyman Ələkbərovun bir neçə saat harada olması ilə bağlı ailəsi heç bir xəbər öyrənə bilməyib. 27 oktyabr 2026-cı il tarixində həbs müddəti başa çatmış inanclı saat 07:10 radələrində cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Lakin elə buraxılandan bir neçə dəqiqə sonra o, naməlum şəxslər tərəfindən saxlanılıb. Baş verənləri anlamayan ailəsi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verdsə də, Süleyman barəsində heç bir məlumat ala bilməyiblər. Hətta qardaşı məlum hadisə barəsində paylaşım da edib.
Yalnız günün ikinci yarısında Süleyman Ələkbərov evinə gələ bilib. Yaxınlarının yaydığı məlumata görə inanclı azadlığının ilk addımlarını məcburi olaraq Baş Cinayətkarlıqla Mübarizə İdarəsində atmalı olub. Onun hansı səbəbdən bu idarəyə aparılması haqda məlumat verilməsə də, artıq onun evində olması xəbəri paylaşılıb.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Ələkbərov Süleyman Nəsir oğlu 27 oktyabr 2023-cü il, inanclıların kütləvi həbs olunduğu dönəmdə saxlanılmışdı. Saxta narkotiklərlə bağlı ittiham edilən S. Ələkbərov 6 avqust 2024-cü il tarixində məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Erkən saatlarda həbsdən azad edilən inanclı günün ikinci yarısında evinə gələ bilib

Oxşar xəbərlər