Hizbullahın baş katibi: Qəzzəyə dəstək düzgün bir addım idi

Livan Hizbullahının baş katibi şeyx Nəim Qasim çıxışında vurğulayıb ki, Qəzzə zolağındakı müqavimətə dəstək göstərmək düzgün və yerində bir qərar olub.

Şeyx Qasim, Hizbullahın baş katibi vəzifəsini icra etməsinin birinci ildönümü münasibətilə “Əl-Mənar” telekanalına müsahibəsində deyib: Qəzzə müqavimətini sərhədlərimizdə yerləşən düşmənin məhv etməsinə və sonra digər bölgələrə yönəlməsinə imkan vermək qəbuledilməz idi.

O əlavə edib: Beniyamin Netanyahu ‘böyük İsrail’ və bu kimi planlar haqqında dedikləri ilə bu strategiya və proqramın mövcudluğunu təsdiqləyir.

Şeyx Qasim qeyd edib: Bizim bu döyüşdə iştirakımız əxlaqi, siyasi, dini və ideoloji baxımdan doğru və haqlı idi. Əgər bu hadisə bir daha təkrarlansa, biz həmin prinsiplər və əsaslar əsasında yenidən eyni addımı atacağıq.

O vurğulayıb: Seyid Həsən Nəsrullahın şəhadətini Qəzzə zolağının müdafiəsi uğrundakı döyüşlə əlaqələndirmək, bu mübarizədə iştirakın əhəmiyyətini ləkələməyə və onu sual altına almağa yönəlmiş siyasi bir yanaşmadır.