İsrailli ekspert: Hizbullah sağalır, növbəti müharibəyə hazırlaşır

İsrailli ekspert, istefada olan polkovnik Dr. Jak Neriah bildirib ki, Hizbullah İranın yüz milyonlarla dollar dəstəyi ilə hərbi gücünü bərpa edib.

Təqaüddə olan polkovnik doktor Jak Neriah Hizbullahın son vaxtlar İranın dəstəyi ilə hərbi potensialını əhəmiyyətli dərəcədə yenilədiyini və Qəzzadakı müharibədən sonra İsraillə yeni cəbhəyə hazırlaşdığını açıqlayıb.

Yerusəlimdə yerləşən Qüds İctimai Əlaqələr Mərkəzinin baş tədqiqatçısı Neriah, Hizbullahın son illərdə ağır itkilərə məruz qalmasına baxmayaraq, İranın təşkilata yüz milyonlarla dollar xərclədiyini və sürətlə döyüş gücünü bərpa etdiyini müdafiə edib.

Doktor Neriah məsələyə münasibət bildirərək, "Son illərdə 2500-dən çox komandirini itirən Hizbullah İranın maliyyə və hərbi yardımı sayəsində canlı qüvvə və texnikasını böyük ölçüdə yeniləyib. Hazırda onun təxminən 90 min silahlı yaraqlısı var" deyib.

Neriahın sözlərinə görə, Hizbullah nəinki yenidən silahlandırıb, həm də Livanın cənubunda geniş müdafiə perimetri yaradıb.

 

“Livanda heç bir güc Hizbullahı tərksilah edə bilməz”

Tədqiqatçı təşkilatın ideoloji quruluşuna da toxunaraq, "Şiə ideologiyasında məğlubiyyət belə müqəddəs borcun bir hissəsi hesab olunur. Ona görə də Livanda heç bir güc Hizbullahı tərksilah edə bilməz. Təşkilat Qəzza müharibəsi başa çatdıqdan sonra İsraillə yeni münaqişəyə girməyə hazırlaşır" deyib.