Qəzzada əməliyyat zamanı İsrail hərbçisi məhv edilib

İsrail ordusunun gecə saatlarında Qəzza zolağının şimalında keçirdiyi əməliyyat zamanı bir hərbçisi məhv edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, Şimal Briqadasının Döyüş Mühəndisliyi bölməsinin 19 yaşlı əsgəri Yair Eliyahou Qəzzanın şimalında əməliyyat zamanı öldürülüb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.