Pakistanda kamikadze hücumu olub, 16 nəfər ölüb

Bu gün Pakistanın şimal-qərbində kamikadze hücumu nəticəsində 16 əsgər həlak olub, 29 nəfər, o cümlədən mülki şəxslər yaralanıb. Hadisə zamanı xəsarət alanlar arasında 6 nəfər azyaşlı uşaq da var.

Bu barədə yerli hökumət rəsmiləri və polis məmurları AFP-yə məlumat verib.

"Bir kamikadze partlayıcı yüklü avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb", - adının çəkilməsini istəməyən hökumət rəsmisi qeyd edib.

Bildirilib ki, partlayış həm də iki evin damının uçmasına səbəb olub, altı uşaq yaralanıb.