Nəcəfdə mövlud münasibətilə bayraq qaldırıldı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərinin mərkəzində İmam Əli (ə) mövludu münasibətilə simvolik olaraq “محمد وعلي قدوتنا” – “Muhəmməd (s)  və Əli (ə) bizim nümunəmizdir” şüarlı bayraq qaldırılıb.

Bayrağın asılması mərasimində İmam Əli (ə) ziyarətgah kompleksinin idarə heyətinin üzvü Həsən Əl Cəbəri, Nəcəfin din xadimləri, polislər, hərbiçilər və vətəndaşlar iştirak ediblər.