Moskvada terror aktında ölənlərin sayı 82-yə çatıb, 3-ü uşaq olub

Martın 22-si axşam saatlarında Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

 “112” teleqram kanalı ölənlərin sayının 82 nəfərə çatdığını yazıb. Lakin vəziyyətin ağır olması səbəbindən bəzi yaralılarla bağlı rəqəmlərin dəyişmə ehtimalı böyükdür. 

Yaralılara gəlincə hələ ki, onların dəqiq sayı barədə isə məlumat verilməyib. 

Moskva vilayətinin Səhiyyə Nazirliyi isə terror aktında həlak olanlar arasında 3 uşağın olduğunu açıqlayıb.