Ələkbər Sadıqov 4 il müddətinə azadlıqdan məhrum edildi

Fevralın 1-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində daha bir inanclının məhkəməsi yekunlaşıb. Hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan məhkəmədə ittiham olunan inanclı Ələkbər Sadıqovun şahidləri dindirilib. Açılış iclasından sonra ikinci məhkəmənin keçirilməsinə baxmayaraq hakim bütün şahidlərin dindirilməsi ilə yanaşı müdafiə tərəfinin də vəsadəti dinlənilib. Bununla da hakim işi yekunlaşdırıb. Dövlət ittihamçısı çıxış edərək Ələkbər Sadiqovun 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Hakim şahid və müdafiə tərəflərini dinlədikdən sonra ittiham aktında əks olunan maddəni 234.4.3-dən (küllü miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) yetərli sübutlar olmama səbəbindən 234.1-1-ə tövsif edib. Bunula da məhkəməni yekunlaşdıraraq o, Ələkbər Sadıqovu 4 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Ələkbər Sadıqov 2023-cü ilin martında saxlanılıb. O, ölkədə sayı mini ötən inanclıların həbsi çərçivəsinə saxlanılıb ki, bu istiqamətdə həbslər hələ də davam etməkdədir.