İsrail ordusunun Livanın cənubuna hücumları davam edir.
Livan mediasının məlumata görə, Deyr Suryan qəsəbəsində pilotsuz uçuş aparatının (PUA) motosikleti hədəfə alması nəticəsində bir mülki şəxs həlak olub.
Bundan başqa, Aytarun qəsəbəsinin kənarında İsrailə məxsus PUA-nın bomba atdığı bildirilib.
Dünən axşam isə İsrailin hücumları nəticəsində Cənubi Livanın bir neçə bölgəsi zərbə altına düşüb. Surlar şəhərinin əl-Huş bölgəsindəki bir binaya hava zərbəsi endirilməsi nəticəsində 7 nəfər yaralanıb. Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Həmçinin İsrail qırıcıları Ənsar qəsəbəsini bombalayıb. Al-Manar-ın müxbirinin sözlərinə görə, düşmən qüvvələri Ənsar–Sinay bölgəsini və Deyr əz-Zəhranidə yerləşən ər-Ras ərazisini işğal olunmuş Fələstinin şimalından atəşə tutub.
Eyni zamanda İsrail ordusu Naqura sahilləri üzərində işıqlandırıcı bombalar atıb.
Məlumata görə, atəşkəs elan olunduğu 2024-cü il noyabrın 27-dən bəri İsrail tərəfindən Livanın hava, dəniz və quru sərhədlərinin 4200-dən çox dəfə pozulduğu qeydə alınıb.
Qeyd edək ki, Livan höküməti bu hücumlara qarşı addım atmaqdan çəkinir və Qərbin tələbilə Müqavimət güclərini tərksilah etməyi düşünür.
KİV: İsrail ordusunun Livanın cənubuna hücumları davam edir