İsrailli əsirlərin qohumları Netanyahunun evinin qarşısında çadırlar qurub

İsrailli əsirlərin qohumları Netanyahunun evinin qarşısında çadırlar qurub.

Qəzza zolağında saxlanılan sionist girovların qohumları bazar günü axşam saatlarında işğalçı İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdəki evinin qarşısında çadırlar qurub, Fələstinin HƏMAS Müqavimət hərəkatı ilə məhbusların azad edilməsi ilə bağlı dərhal razılığa gəlməyi tələb ediblər.

Operativtv.com Az.rasthaber.org-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat verib.
Etirazçılar “baş nazir girovların qaytarılması ilə bağlı razılığa gələnə qədər” çadırlarında qalmaq niyyətindədirlər.