“İslah”a məcbur edilərək fiziki işgəncələr yaşayan siyasi məhbus məhkəmə önünə çıxarılacaq

1 saylı İstintaq təcridxanasında işgəncə faktları haqqında ara-sıra mətbuatda işıqlanmalar olur. Ötən il təcridxanada aldığı işgəncələr səbəbindən hal-hazırda əlil həyatı yaşayan Ceyhun Balaşov da belə qurbanlar sırasında olub. Görünən budur ki, sistemləşdirilmiş işgəncə maşını ölkənin bütün sahələrini caynağına alaraq qanunun deyil, onların tələbinin icrasını hər kəsə məcbur etməsi həbsxanalarda daha dəhşətli gerçəkləşir.
 
Süni bəhanələr uydurularaq dəfələrlə təzyiqlərlə üzləşən Samir Babayev martın 30-da 2-saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Kürdəxana İstintaq Təcridxanasına gətirilən zaman növbəti dəfə fikizi zor yaşıyaraq döyülüb. Bundan öncədə bir çox məhbuslar kimi elə Samirə də işgəncə verən Əlibala və Aydın adlı təcridxana işçiləri onun 2 saylı cəzaçəkmə müəssisəsində rəhbərliyin tələblərinə “boyun qoymaması” üçün Samiri vurublar.
 
Bundan sonra 3 günlük karsa salınan Samir karsdan çıxsa da, martın 30-dan başladığı aclıq aksiyasını hələ davam etdirməkdədir. Onun bu addıma səbəbi isə fiziki zor yaşaması, yalan ittihamlarla işinin ağırlaşdırılması səbəbindən növbəti dəfə məhkəmə önünə çıxarılmasıdır.
 
Aprelin 8 də 2 saylı müəssisənin şikayəti əsasında Samir Babayevin cəzaçəkdiyi zonunun dəyişdirilməsi barədə keçiriləcək məhkəməsi Samirin ciddi rejimli müəssisəyə köçürülməsinə baxılacaq. Böyük ehtimalla Samir Babayev qapalı-ciddi rejimli müəssisəyə köçürüləcək.