İraq hökuməti oğurlanmış milyardlarla dollar puldan 80 milyonu ölkəyə geri gətirdiyini bildirib

İraq hökuməti bu gün, çərşənbə "əsrin oğurluğu" adı ilə tanınan, mənimsənilmiş 2,6 milyard ABŞ dolları məbləğində vəsaitdən 80 milyon dollar geri alındığını açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın baş nazirinin ofisinin bəyanatında deyilir.

“Hökumətin İraqın xaricə qaçaqmalçılıq yolu ilə aparılan vəsaitləri geri qaytarmaq üçün davamlı səylərinə əsasən, səlahiyyətli orqanlar oğurlanmış vəsaitlərdən 80 milyon ABŞ dollarından çox məbləği geri ala bilmişlər. Onlar yenidən dövlət xəzinəsinə daxil edilib”, deyə bəyanatda əlavə edilir.

Həmçinin əlavə edilib ki, beləliklə rəsmi Bağdad keçmiş yüksək vəzifəli məmurların və iş adamlarının iştirak etdiyi “əsrin oğurluğu” kimi tanınan hadisənin bir hissəsi kimi mənimsənilən vergi vəsaitlərin bir qismini geri almağa müvəffəq olub.