İran və Rusiya prezidentləri arasında telefon danışığıda mesajlar

İran və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı İran prezidenti Ayətullah Rəisi deyib:

"Biz İranın Cənubi Qafqazda sabitliyi və ölkəmizin strateji maraqlarını qorumaq iradəsini və hazırlığını vurğulayırıq"

Ötən gün NATO baş katibi Stoltunberqin Cənubi Qafqaza-Azərbaycan, Ermənistan və Gürcüstana-səfəri baş tutub. Səfərdə Qafqaz regionunda davamlı sülhün yaranması və Ermənistan-Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanması əsas məqsədlərdən olub.

Mətbuatda dərc edilən İran prezidentinin cümləsi haqqında ehtimalımızı qeyd edəcəyik:

İran prezidenti Putinlə danışarkən “İran Cənubi Qafqazda sabitliyi və ölkənin strateji maraqlarını qoruyacaq" ifadəsini qeyd edərək Cənubi Qafqazda ehtimal olunan xaosun səbəbkarı kimi Rusiyanı ittiham edib. Telefon danışığı NATO baş katibinin Qafqaza səfəri zamanı baş tutub.

- Heç kəsə sirr deyil ki, Azərbaycan höküməti Rusiyanın razılığı olmadan böyük addımlar ata bilməz. İkinci Qarabağ savaşı da Rusiya ilə razılaşdırılmış müharibə, torpaqların qaytarılması ilə yanaşı həm də Ermənistanın Qərbə inteqrasiyasına görə cəza tədbiri idi. Nə qədər fərqli düşünənlər olsa da, biz hesab edirik ki,"Zəngəzur dəhlizi" məsələsi də Rusiyanın Azərbaycan üçün yandırdığı başqa yaşıl işıqlardan biridir.

Bir çox ehtimallara görə Türkiyə üçün önəmli olan "dəhliz" Rusiya ilə məsləhətləşmələrdən sonra ortalığa atılıb. Rusiya bu yolla həm Türkiyə ilə yaxınlaşmağı, həm Paşinyanı cəzalandırmağı, həm də Ukrayna müharibəsində Rusiyaya yönəlmiş diqqəti pərakəndə hala salmağı düşünürdü. Lakin vəziyyət dəyişdi.

Türkiyə İsveçin NATO üzvü olması üçün öz imzasını çəkdi.

Paşinyan vaxt udaraq özünə müttəfiqlər topladı.

İndi vəziyyət daha da mürəkkəbləşib. Türkiyənin də üzv olduğu NATO Qafqaz ölkələri ilə görüşür, məsləhətləşir. İndi Putin Ərdoğanın tərs şilləsinin təsirindədir.

İran prezidentinin Putinə dediyi sözün mənası bununla da aydın olur. İran "dəhliz" məsələsi ortalığa atılan zaman demişdi ki, bu dəhliz NATO-nun Qafqaza girməsinə səbəb olacaq. Yəqin özünü dünyanın ən ağıllısı hesab edən Putin bunu görür.