Husilər yenidən Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endirib

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına növbəti dəfə raket zərbəsi endirib.

Bu barədə hərəkata bağlı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

"Raket qüvvələrimiz işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv) yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketi ilə hücum edib. Raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb", - o deyib.

Qeyd edək ki, İsrail ordusu Yəməndən növbəti raket buraxılışını qeydə aldığını açıqlamışdı.