Hakimiyyətin qanadı altında olan “azad din”

Din dövlətdən ayrı, lakin qarşılıqlı münasibətləri ana qanunuda əks olunan müddəalardandır. Hətta bəzən bir çox məmurların dini problemlərin həllində sadaladığı bu kəlmə çox tez tez eşidilir ki, din dövlətdən ayrıdır, siz ictimai yerlərdə, sosial tədbirlərdə dini problemləri diqqətə gətirə bilməzsiniz. Çünkü dünyəvi ölkədə dinin qabardılması quruluşa qarşı təhdiddir. Bəli, zamanla bu kimi çoxsaylı fikirlərin şahidi olmayan inanclı demək olar ki, tapmaq olmaz. Azərbaycan unitar dövlətdir, hakimiyyət dini münasibətlərini sadəcə tənzimləyə bilir.
Bu sətirlər illərcə ana qanunda əksini tapan din-dövlət münasibətlərinin sərhədləri, hiss olunmadan hakimiyyət tərəfindən özünəməxsus dəyişikliklərlə üzləşdi. Bu gün qanunla dinin dövlətdən ayrı olması təsbit olunsa da, hakimiyyətin dinin təsiri altına alaraq qadağalamadığı sahəsi qalmayıb. Öncə tədris ocaqları, ardınca dini ədəbiyyat, daha sonra dini verlişlər, musiqilər, əza məclisləri, bayraqlar, broşurlar, baş örtükləri, moizələr, cümə namazları, ziyarət turları və sair və ilaxır. Bunların az qala heç birinə müdaxilə qanunu ola bilməzsə də, nə edəsən qanuniləşmiş qadağalar bunu hakimiyyətin istək pəncərəsindən göstərərək güya təhlükə səviyyəsi nəzərə alınaraq bu qadağalar rəsmiləşib. İctimai təhlükəlilik adı altında ayrı olan din dövlət münasibətlərində hakimiyyətin diktəsi ölkədə dini  hakimiyyətin əsarətinə alıb. Prezidentin son qərarı isə dinin dövlətdən uzaq deyil, dövlətin rəsmi qanadı altına məcburi çəkib. Məscidlərə ruhanilərin təyinatı ruhanilər idarəsindən, qeyri dövlət təşkilatından alınaraq hakimiyyətin bir nömrəli idarəsi altına verilmə qərarı ölkədə dinin yaşanan son nəfəsinin kəsilməsi, hakimiyyətin isə konsitutsiyada təsbit olunan dinin dövlətdən ayrı məfhumuna kobud müdaxilə idi. Yalnız məsləhət  verməklə başlanan komitənin sərhədləri bu gün din adından təyinatlardan kəbin kəsmək qədər heç bir rəsmi gücə malik olmayan retuala qədər hər şeyi öz təsiri altına alıb. Qəribəsi odur ki, bütün bunlar bu gün də ölkənin əsas qanun toplusu olan konsitutsiyanın ziddi olaraq icra edilir. 
Nəticə etibari ilə bu gün dini azadlıqlar tamami ilə hakimiyyətin diktəsi altına alınıb. Din hansısa dövlət orqanının idarə olunması kimi hakimiyyətin sərt qanunları ilə idarə olunur. Dini ədəbiyyatda nələr qadağalıdırsa rəsmən belə bir qanun qəbul olunub ki, kitab yazan və ya tərcümə edən bunları elə əvvəldən nəzərə almaqla kitab hazırlasın. Lakin bu azadlıqlar kobud müdaxilə ilə müşahidə olunaraq  mütləq kitabın çapı dini komitənin imzası altında gerçəkləşə bilər kimi din idarəçiliyi rejmin istəyinə çevrilib. Quran öyrənmək istəyən bir ailə öz uşağına ilahi kitabın öyrədilməsi üçün dini komitənin razılıq ərizəsini əldə etmədən bu iş az qala cinayət əməli kimi dəyərləndiriləcək. Kəbin kəsib iki gənci ilahi əqdin sərhədlərinə salmaq istəyən ruhaniyə bu icazəni mütləq dini komitədən almayınca əqdi oxumağı beyninin qrağından belə keçirə bilməz. 
Qeyd olunan və olunmayan çoxsaylı faktlar hal-hazırkı dini vəziyyətin rəsmi, formal olaraq salındığı çərçivədir. Şübhəsiz hakimiyyət bu qanunazidd rəsmiyyətə etiraz göstərmək istəyən sıravi dindarından ruhanisinə qədər inanclısı üçün alternativ yollar da düşünüb. Statistik göstəricilər əqidə, dini düşüncə və baxışlarına görə həbsxanalara salınan inanclıların sayının bir neçə yüzü arxada qoyduğunu deyir.  
 Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. (Azərbaycan Konsitusiyası, maddə 18)
P.S: ABŞ Dövlət Departamenti mayın 15-də "2022-ci ildə Beynəlxalq Din Azadlığı" hesabatını yayıb. Hesabatda hakimiyyətin inanclıları həbsindən digər qeyd olunan və olunmayan bir çox azadlıqların məhdudlaşdırılmasını hesabatında tənqid edilib. 

MBH təhlil mərkəzi.