Girov götürülən jurnalistlər sərbəst buraxıldı

İsrail qüvvələri tərəfindən Qəzza zolağının şimalındakı Şifa xəstəxanasında girov götürülən jurnalistlər azad ediliblər. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Məhkumlar İnformasiya İdarəsi "X" platformasında açıqlama yayıb. 

Məlumata görə, "Əl-Cəzirə"nin müxbiri İsmayıl Əl-Gülün də olduğu bəzi jurnalistlərin Şifa Xəstəxanasında 12 saat saxlandıqdan sonra sərbəst buraxılıb.