Daha bir inanclı, Afiq Qurbanova hökm oxunub

Yanvarın 17-də daha bir inanclıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Afiq Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib. İlkin istintaq dövründə Afiq Qurbanova C. M-nin 234.4.3-cü (külli miqdarda narkotik maddələrin-psixotrop maddələrin alqı-satqısı və istehlakı) maddəsi ilə cinayət işi başlansa da, məhkəmə dövründə hakim əsaslandırmaq üçün dəlil və sübutlar yetərli olmama səbəbi ilə maddəni 234.1-1-ci maddəyə tövsif edilb. Bu standar artıq bir çox inanclılara tətbiq edilən standardır. Buna səbəb isə inanclıların şərlənərək həbs olunmasıdır ki, məhz buna görə də sübutlar yetərli olmur. Bununla belə qərar sifarişli olduğu üçün həbslər qüvvədə qalır.

İnanclı Afiq Qurbanovu 2023-cü ilin martın 16-da saxlanılıb. Afiq Qurbanov məhkəmə gedişində polis idarəsində onun qarşısına şərt qoyduqlarını bildirib. Şərt olaraq o, ya narkotikanı götürməli, ya da vətənə xəyanətlə ittiham ediləcəkmiş. Afiq şərti rədd edəndə isə o, ailəsi ilə təhdid edilib.