25 October 2026

Azərbaycan Rusiyanın “Qazprom” şirkətindən yenidən qaz almaq niyyətindədir

Bu barədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Rusiya Enerji Həftəsi çərçivəsində danışıb.

Onun sözlərinə görə, SOCAR dünyada əvvəlcə “Qazprom”dan qaz alan, daha sonra bu şirkətə qaz tədarük edən, indi isə yenidən ondan qaz almaq istəyən yeganə şirkətdir.

“‘Qazprom’ kimi nəhəng şirkətlə əməkdaşlığımızın çox düzgün nümunə olduğunu qürurla deyə bilərik”, – Nəsirov bildirib.

Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.

77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.

Daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.

İraq xalqı İran sərhəd keçid məntəqəsinin bağlanmasına etiraz etdi

Bazar günü İraqın Meysan əyalətindən onlarla vətəndaş İraq hökumətinin İranla Şib sərhəd keçid məntəqəsini bağlamaq qərarına etiraz olaraq əyalətdəki neft şirkətlərinə aparan əsas yolu bağlayıb. Etirazçılar bu qərarı İraq hökumətinin ABŞ-ın təzyiqinə boyun əyməsi kimi qiymətləndirdilər.

Təl-Əvivdə Netanyahunun kabinetinə qarşı etiraz aksiyası keçirilib

Parlament seçkilərindən əvvəl Təl-Əvivdə minlərlə insan Netanyahunun kabinetinə qarşı etiraz aksiyası keçirib. Nümayişçilər 7 oktyabrda Əl-Əqsa əməliyyatının uğursuzluğuna görə kabinet rəsmilərindən məsuliyyət tələb ediblər.

Əl-Manarın məlumatına görə, parlament seçkilərindən əvvəl Təl-Əvivdə Netanyahunun kabinetinə qarşı minlərlə etirazçı nümayişdə iştirak edib.

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

İran ordusu ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənubunda yerləşən Bəndər-Abbas liman şəhəri üzərində ABŞ-a məxsus “LUCAS” tipli pilotsuz uçuş aparatını vurub.

Hadisənin başvermə şəraiti və PUA-nın hansı məqsədlə İranın hava məkanında olduğu barədə əlavə məlumat verilməyib.

Azərbaycandan Hindistana neft ixracının həcmi 5 dəfə artıb

Yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana neft ixracının həcmi təxminən 5 dəfə artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 524,3 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 399,2 milyon dollar təşkil edib.

Avropa Parlamentinin nümayəndələri müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı sərt bəyanat veriblər

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalister, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Nils Uşakovs və Avropa Parlamentinin Gürcüstan üzrə daimi məruzəçisi Rasa Yukneviçiene hesab edirlər ki, mövcud siyasi partiyaların qadağan edilməsi ölkəni birmənalı şəkildə təkpartiyalı sistemə doğru aparacaq.

Bu barədə Avropa Parlamentinin nümayəndələri birgə bəyanat yayıblar.

Cümə namazından sonra Nigeriyada qanlı hücumda 20 şəxs həyatını itirib

Nigeriyanın Taraba əyalətinin Binari kəndində cümə namazından sonra motosiklet sürən hücumçuların kəndlilərə atəş açması nəticəsində ən azı 20 nəfər həyatını itirib.

"TRT" veb saytının məlumatına görə, sağ qalanlar ölənlərin sayını təsdiqləyiblər. Bu hadisə ölkədəki həssas kənd icmalarını hədəf alan bir sıra ölümcül hücumların sonuncusudur.

İstanbul da daxil olmaqla Türkiyənin 10 şəhərdə jurnalistləri hədəf alan həbslərə etiraz olaraq aksiyalar keçirilib

Mətbuat və peşə təşkilatları İstanbul da daxil olmaqla 10 şəhərdə jurnalistləri hədəf alan həbslərə, ev dustaqlığına, giriş məhdudiyyətlərinə və media qurumlarına qəyyumların təyin edilməsinə etiraz olaraq küçələrə çıxdılar.

İstanbul, Ankara, İzmir, Əskişəhər, Antalya, Adana, Kocaeli, Van və Diyarbəkir də daxil olmaqla 10 şəhərdə keçirilən nümayişlərdə həbsdə olan jurnalistlərin azad edilməsi və mətbuata təzyiqlərə son qoyulması tələb olunub.

“Vahid geyim” adı altında tətbiq olunan qadağa islamofobiyadır və insan haqlarını ciddi pozur

Gürcüstanın İmam-cüməsi Hacı Rasim Məmmədov bu həftəki cümə xütbəsində Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq edilən qadağanı tənqid edib.

O, hicabı dini inancın ayrılmaz hissəsi adlandırıb və Nur surəsinin 31-ci ayəsinə istinad edərək bunun yalnız adət deyil, Allahın əmri olduğunu bildirib.

Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar

Yəmən husiləri Səudiyyə Ərəbistanının ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanını və Yanbu şəhərində “Saudi Aramco” şirkətinə məxsus obyekti hədəf alıb.

Bu barədə “Ənsar Allah” hərəkatının hərbi sözçüsü Yahya Səriyə açıqlama verib.

O, həmçinin Rabik neft emalı zavodunun və Səudiyyə Ərəbistanının şərqindən qərbinə neft nəql edən boru kəmərinin hücuma məruz qaldığını bildirib.