MBH üzvü Samir Babayevin ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir
1 saylı Bakı İstintaq Təcridxanasında (“Kürdəxanı” təcridxanası) saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir.
Ailəsinin verdiyi məlumata görə, yaxınları Samir Babayevlə görüşmək üçün təcridxanaya getsələr də, görüş baş tutmayıb. Eyni zamanda, artıq bir neçə gündür onun ailəsi ilə telefon əlaqəsi saxlamadığı qeyd olunur.













