22 October 2026

ABŞ səfirlik əməkdaşlarını və onların ailələrini Səudiyyə Ərəbistanından çıxarır

ABŞ administrasiyası, Yəmənin Ənsarullah mərkəzli ordusunun hücumları fonunda, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Amerika səfirliyinin əməkdaşlarını ölkəni tərk etməyə çağırıb. Diplomatik mənbələrə istinadən çərşənbə günü, 22 oktyabr tarixində AFP agentliyinin verdiyi məlumata görə, səfirlik əməkdaşlarının ailə üzvlərinə də krallıqdan çıxmaq tapşırılıb.

“Freedom House”: “Dünyada internet azadlığı ardıcıl 16-cı ildir geriləyir”

Dünyada internet azadlığı ardıcıl olaraq 16-cı ildir ki, geriləyir. 2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək qiymətləndirilən 38 ölkədən 16-sında vəziyyət pisləşib, 8-də isə yaxşılaşıb.

Bu barədə “Freedom House” beynəlxalq insan hüquqları təşkilatının oktyabrın 22-də açıqladığı “İnternetdə azadlıq 2026: Qlobal internetdə köklü dəyişikliklər” hesabatında bildirilir.

Vəkili Alparslan Kuytul ilə bağlı son hadisələri paylaşdı

Mustafa Hoşun "Yol Yoldaşı" verilişinin qonağı olan Alparslan Kuytulun vəkili Alişan İnci müvəkkilinin həbs prosesini və ona qarşı aparılan istintaqlarla bağlı qiymətləndirmələrini izah edib. Kuytulun 2018-ci ildən bəri üç ayrı mütəşəkkil cinayətkarlıq əməliyyatı ilə üzləşdiyini deyən İnci, müvəkkilinin Ərzurumda saxlanıldığını və günahsızlığını sübut etməyə çalışdığını söyləyib.

Türkiyə Konstitusiya Məhkəməsi “Yeni Parti” ilə bağlı qərarını açıqladı

Konstitusiya Məhkəməsi (AYM) bugünkü Baş Assambleya iclasında 2820 saylı Siyasi Partiyalar Haqqında Qanuna zidd olması iddiası ilə “Yeni Parti”nin adı ilə bağlı edilən müraciətə baxıb.

Məhkəmə “Yeni Parti”nin “adının və abreviaturasının etibarsız sayılması və siyasi partiyalar reyestrindən silinməsi” tələbini rədd edib.

Qərar səs çoxluğu ilə qəbul olunub. Bu qərarla “Yeni Parti” öz adını istifadə etməyə davam edəcək.

Müqtəda Sədr Azərbaycan məktəblərindəki hicab qadağasını qınayıb

“Mən bu müsəlman ölkənin daxili işlərinə qarışmıram, lakin biz yaxşılığa çağıran və pisliyi qadağan edənlər olaraq Allah qarşısında məsuliyyət daşıyırıq ki, xəbərdarlıq edək, fikrimizi bildirək və nəsihət verək.”

Bu fikirləri İraqda Sədr hərəkatının lideri Müqtəda əs-Sədr Azərbaycanda orta məktəblərdə hicablı uşaqların təhsil ocaqlarına buraxılmamasını təhlil edərək bildirib. O, əlavə edib ki:

Qadağalanan hicablı qızların alternativ təhsil hüququ varmı?

Təhsil müəsisələrində hicablı qız uşaqlarının baş örtüyü ilə gəlişinə qoyulan qadağa hələ də gərgin fazada qalmaqdadır. Yüzlərlə, minlərlə hicablı qızlar günlərdir məktəblərə buraxılmır. Demək, məcburi olan təhsil yeni qanunun qəbulunda qızları elə məcburi də təhsildən uzaqlaşdıran bir qərarı ortaya qoyub.