09 August 2026
Tale Bağırzadə 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülüb
İlahiyyatçı Tale Bağırzadə avqustun 8-də saxlanıldığı Umbakı ciddi qapalı müəsisəsindən 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülüb. Bu barədə MBH sədri özü məlumat verib. “Ötən gün köçürülmə oldu. Bir gün karantində qaldım. Bu gün səhərdən (9 avqust) açıq zona buraxılmışam. Hər şey yaxşıdır.”
Yunanıstanda böyük etirazlar: İsraillilərə təhlükəsizlik xəbərdarlığı
Yunanıstandakı gərgin vəziyyətlə əlaqədar İsrail Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını xüsusilə ehtiyatlı olmağa və səfərlər zamanı tövsiyələri nəzərə almağa çağırıb.
İsrail mediasının məlumatına görə, İsrail XİN avqustun 9-u bazar gününə planlaşdırılan kütləvi nümayişlər fonunda Yunanıstanda olan israililər üçün xüsusi xəbərdarlıq yayımlayıb. Aksiyaların turistlər arasında məşhur olan istiqamətlər də daxil olmaqla, ölkənin onlarca bölgəsində keçirilməsi gözlənilir.
Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”
“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir.
Bu barədə onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da məlumat yayıb.
Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb.
İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb
Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə İran prezidenti ölkədəki vəziyyəti müzakirə edib
İranın ali rəhbərinin informasiya portalı Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İran Prezidenti Məsud Pezeşkianla görüşdüyünü açıqlayıb.
Məlumata görə, Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.
MBH Avropa nümayəndəliyi fəaliyyətə başladı
Müsəlman Birliyi Hərəkatı (MBH) fəaliyyət imkanlarını genişləndirərək bundan sonra Avropada da fəaliyyət göstərəcək.
Əl-Məşatdan Səudiyyə Ərəbistanına: Bütün dünyanı səfərbər etsəniz belə bunun sizə xeyri olmayacaq
Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında üçtərəfli müdafiə müqaviləsinin imzalanmasına reaksiya verərək deyib: “Bu cür müqavilələrin heç bir təsiri olmayacaq və blokadaya qarşı tənlik məqsədlərinə çatana qədər qüvvədə qalacaq”.
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.
Fəsadın hökm sürdüyü cəmiyyətdə üç dəstə insan olar | Mövzu-Mövzu Quran – 17. Bölüm - VİDEO
Pakistanın müdafiə naziri İslam dünyasına çağlrış etdi: "İsrail təhdidinə qarşı birləşməliyik"
Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif İsraili müsəlman ölkələri üçün “ortaq təhdid” adlandırıb.
Xacə Məhəmməd Asif Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkədə imzalanmış birgə müdafiə sazişinin İslam dünyasının birliyinin möhkəmləndirilməsi üçün mühüm imkan yaratdığını bildirib.
Türkiyə üzərindən gizli Rusiya qazı qorxusu – Avropa hərəkətə keçdi
Avropa İttifaqının Rusiya qazından imtina planı Türkiyə üzərindən Avropaya qaz tədarükündə yeni tələblər yaradıb.
Avropa ölkələri Türkiyədən aldıqları qazın Rusiya mənşəli olmadığının sənədlə təsdiqlənməsini istəyirlər.
Türkiyənin energetika naziri Alparslan Bayraktar açıqlamasında bildirib ki, avropalı tərəfdaşlar Türkiyə üzərindən Rusiya qazından başqa istənilən mənşəli qazı almağa hazır olduqlarını bildirirlər.
NYT: Arsenalların tükənməsi Pentaqonu HHM sistemlərini Avropadan Yaxın Şərqə yönləndirməyə məcbur edir
Arsenalların tükənməsi Pentaqonu Asiya və Avropadan gəmiləri, aviasiyanı və hava hücumundan müdafiə (HHM) bölmələrini Yaxın Şərqə yönləndirməyə məcbur edir.
Bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb.
Məqalədə qeyd olunub ki, bu həmin regionlarda Amerikanın hərbi potensialını zəiflədib və hərbi qulluqçuların mənəvi vəziyyətinə, eləcə də hərbi texnikaya xidmət göstərilməsinə mənfi təsir edə bilər.
İran rəsmisi: ABŞ-nin siyasəti dəyişməsə, Hörmüz boğazı açılmayacaq
ABŞ İrana qarşı siyasətini, atdığı addımları dəyişməsə, Hörmüz boğazı açılmayacaq.
Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr deyib.
“Amerika davranışını düzəltməyənə qədər Hörmüz boğazı açılmayacaq”, – o bildirib.
Zülqədrin sözlərinə görə, Ali Milli Təhlükəsizlik Şurası müharibə və danışıqlarda tutduğu mövqedən geri çəkilməyəcək.
Yəməndə Qərbə meyilli hökumət qüvvələri husilərə qarşı əməliyyat keçirib
İllər öncə xalq tərəfindən devrilərək ölkədən qaçan Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı silahlı qüvvələr “Ənsarullah” hərəkatının husilərinə qarşı hərbi əməliyyat keçirib.
Bu barədə Müdafiə Nazirliyi sözçüsü polkovnik Macid ən-Nüzeyli məlumat verib.
Onun sözlərinə görə, əməliyyat Məarib və Hədrəməvt vilayətlərində husilərin hücumlarına cavab olaraq həyata keçirilib.
Şah İsmayıl Səfəvi – son dövrlər hədəflənən oyunun pərdəarxası məqamları - 1-ci hissə
Son günlər geniş müzakirə obyektinə çevrilən Səfəvi Şah İsmayıl Xətai mövzusunun getdikcə daha qlobal məcraya çevrilməsini təsadüfi saymaq olmaz. Xüsusilə son illərdə başlanan dini müstəvidə mübarizələrin əsas hədəfində din məfhumunun durması bir gün tarixi kimliyimizdə aparıcı rola malik olan Şah Xətaini məhz bu kontekstdə gündəmə gətirəcəyi gözlənilən idi.













