09 January 2026

Ayətullah Sistaninin spirtli dezinfeksiyaedici maddələr haqqında fətvası

Ayətullah Sistani spirtli dezinfeksiyaedici maddələrlə bağlı sualları cavablandırıb.

Sual: Əllərdə və səthlərdə dezinfeksiyaedici maddələrdən istifadə etməyin hər hansı bir zərəri varmı? Və onlar nəcisdirmi?

Cavab: Bu növ spirtlər pak (təharət) hesab olunur və onlardan istifadə etməyin heç bir zərəri yoxdur.

OCCRP-nin araşdırması: Ağdamdakı “İmarət” stadionunun bərpası üçün 35,6 milyon dollarlıq müqavilə prezidentin ailəsi ilə əlaqəli şirkətə verilib

Azərbaycan hökuməti Ağdam şəhərində futbol stadionunun bərpası ilə bağlı 35,6 milyon dollarlıq dövlət müqaviləsini Prezident İlham Əliyevin ailə üzvləri ilə əlaqələndirilən biznes qrupuna bağlı şirkətə verib. Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) yanvarın 8-də dərc etdiyi araşdırma yazıb.

PSJ son 13 mövsümdə 12 dəfə Fransa Superkubokunun qalibi olub

PSJ komandası 2013-cü ildən etibarən Fransa Superkuboku uğrunda son 13 oyundan 12-də qalib gəlib.

Yeganə məğlubiyyət 2021-ci ildə qeydə alınıb. Həmin vaxt turnirin qalibi "Lill" klubu olub. Digər bütün illərdə PSJ rəqiblərinə şans verməyib.

Paris təmsilçisi bu turnirdə ilk uğurunu 1995-ci ildə, ikinci dəfə isə 1998-ci ildə qazanıb.

Bloger Elvin İsayevin yaxın dostunun da 10 saylı Cəzaçəkmə Müəssisəsindən xəbərsiz köçürüldüyü bildirilir

Həbsdə olan bloger Elvin İsayevin otaq yoldaşı və yaxın dostu Vahid Əliyevin (Əliyev Vahid Ağababa oğlu) saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən xəbər verilmədən başqa yerə köçürüldüyü bildirilir.

Bu barədə “Abzas Media”ya Vahid Əliyevin yaxınları məlumat verib. Onların sözlərinə görə, məhbusun köçürülməsi ilə bağlı Penitensiar Xidmətə və 10 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edilsə də, indiyədək hər hansı rəsmi açıqlama verilməyib.

Tehranda gərginlik fonunda internet və mobil rabitə kəsildi

İranda etirazlar davam edir.

Media orqanları etirazların miqyası və xarakteri ilə bağlı ziddiyyətli məlumatlar dərc edir. Qərb media orqanları iğtişaşların bütün ölkəni bürüdüyünü və hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəinki böyük izdihamın öhdəsindən gələ bilmədiklərini, həm də tez-tez etirazçıların tərəfini tutduqlarını iddia etsələr də, İran rəsmi media orqanları bu xəbərləri yakanlayırlar.

"Arsenal" - "Liverpul" oyununda qolsuz heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında XXI tur başa çatıb

Tura mərkəzi oyunla yekun vurulub.

Lider "Arsenal" öz meydanında son çempion "Liverpul"u qəbul edib. Prinsipial qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.

Bu nəticədən sonra xallarını 49-a çatdıran London klubu ilk pillədə qərarlaşıb. "Topçular" ən yaxın izləyicisi "Mançester Siti"dən 6 xal öndədir. Mersisayd təmsilçisi isə 35 xalla dördüncüdür.

Azərbaycan Qəzza missiyalarında iştirak etməyəcək

İsrailin milli kəşfiyyat orqanı Mossad Prezidenti İlham Əliyevin Qəzza zolağında mümkün beynəlxalq missiyalarla bağlı açıqlamasını rəsmi “X” sosial şəbəkə hesabında paylaşıb. Paylaşımda Azərbaycanın hər hansı formada xaricə, o cümlədən Qəzzaya qoşun göndərməyəcəyi və beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etməyəcəyi açıq şəkildə qeyd olunub.

Qəzzada qaçqın çadırının vurululması nəticəsində 4 nəfər öldü

Xan Yunisdə qaçqın çadırına hava zərbəsi

Məlumata görə, bu gün sionist rejimə məxsus pilotsuz uçuş aparatı Xan Yunis şəhərinin Məvasi bölgəsində qaçqınların sığındığı çadırı hədəfə alıb. Hücum nəticəsində azı 4 nəfər şəhid olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərbə mülki əhalinin sıx yaşadığı ərazidə baş verib və hadisə bölgədə ciddi təşviş yaradıb.

Meksikada müsəlman xanımlar üçün hicab problemi

Meksikalı müsəlman xanımlar pasportlarda hicablı şəkil çəkdirə bilmək uğrunda hüquqi mübarizə başladıblar və bu məqsədlə də xüsusi hərakat yaradıblar.

Meksikada bir qrup müsəlman xanım hökumətin pasportlarda hicablı şəklin olmasını qadağan edən qərarına qarşı hüquqi mübarizəyə başlayıb.

Onlar bəyan ediblər ki, hökumətin bu qərarı onların dini azadlıq, bərabərlik və özünüreallaşdırma hüquqlarını pozur.

“The Wall Street Journal”: Trampın komandası Venesuela neftinə uzunmüddətli nəzarət planı hazırlayır, məqsəd qiyməti 50 dollara endirməkdir

ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Venesuelanın neft sənayesinə uzun illər davam edəcək şəkildə nəzarət qurmağa yönələn genişmiqyaslı plan üzərində işləyir. Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

WSJ-nin məlumatına görə, Tramp administrasiyası bu planın neftin qiymətinin bir barel üçün 50 dollara qədər enməsinə kömək edəcəyini düşünür. Tramp daha əvvəl də 50 dollar səviyyəsini “ən arzuolunan” qiymət kimi təqdim edib.