13 saylı Cəzaçəkmə müəssisəsində məhbusların “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) həbsdə olan üzvü Möhyəddin Orucova qarşı qaldırıldığı deyilir.
“Meydan TV”-nin xəbərinə görə, bu barədə Orucovun vəkili Nazim Musayev bildirib.
Vəkilin sözlərinə görə, Möhyəddin Orucov bir müddət əvvəl müəssisə rəhbərliyindən rəsmi qaydada icazə alaraq ailəsi ilə videozəng vasitəsilə danışarkən ekrandan “screenshot” alıb. Hadisələr də məhz bundan sonra başlayıb.
“Möhyəddin ailəsi ilə danışanda onlar ekrandan onun şəklini çəkib sosial şəbəkədə paylaşıb. Rəisi Möhyəddini şəklin paylaşılmasına görə tənbeh edib. Möhyəddin bundan xəbərsiz olduğunu deyib. Bundan sonra müəssisə rəhbərliyi digər dustaqlara görüntülü danışıq qadağası qoyub və bildirib ki bunu Möhyəddinə görə edir”, - deyə vəkil vurğulayıb.
Nazim Musayev deyir ki, rəhbərlik bu addımı ilə dustaqları Möhyəddinə qarşı qaldırır və bunun ağır nəticələri ola bilər. Vəkil bildirib ki, rəisə bununla bağlı müraciət etsə də, cavab ala bilməyib.
“Onlarla danışanda dedim ki, əgər səhv varsa, cəza Möhyəddinə tətbiq olunmalıdır. Dustaqları ona qarşı qaldırmaqla burada hər cür hadisənin baş verməsinə səbəb ola bilərsiniz. Hətta məhbuslar da Orucov üçün müəssisə rəhbərliyinə müraciət etsə də onun da xeyri olmayıb”, - deyə Nazim Musayev məlumat verib.
Vəkil bildirir ki, həbsxana daxilində Möhyəddin Orucova bundan öncə də təzyiqlər olub.
Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. İddia olunur ki, saxlanılarkən gənc fəalın cibindən narkotik tapılıb. O, 2025-ci ilin fevralında 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda sədri də daxil olmaqla 4 üzvü həbsdə olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası (HİK) Möhyəddin Orucov barəsində açılmış cinayət işini və ona oxunan hökmü sifarişli və saxta hesab edir.
Vəkil: “Məntəqə rəhbərliyi dustaqları Möhyəddin Orucova qarşı qaldırır”