Yəmənin hökumət qüvvələri müvəqqəti paytaxt Ədən də daxil olmaqla, ölkənin cənub və şərq vilayətlərindəki hərbi düşərgələri uğurla nəzarət altına alıblar.
"SABA" agentliyi xəbər verir ki, bu barədə Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi bildirib.
"Dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı olaraq sizi əmin etmək istərdim ki, Hdraməvt və Əl-Məhrə əyalətlərində, müvəqqəti paytaxt Ədəndə və digər azad edilən bölgələrdə hərbi düşərgələrin təhvil verilməsi əməliyyatı uğurla başa çatdırılıb", - o, xalqa müraciətində deyib.
Əl-Alimi vurğulayıb ki, bu çətin qərarlar güc nümayiş etdirmək üçün deyil, vətəndaşları, dövlətin hüquqi statusunu qorumaq və konstitusion əsasları saxlamaq üçün qəbul edilib.
Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiyanın komandanlığı altında ölkədə Ali Hərbi Komitənin yaradıldığını diqqətə çatdırıb. "Bu komitə bütün hərbi qüvvələrin və birləşmələrin hazırlanması, təchiz edilməsi və idarə olunması üçün məsuliyyət daşıyacaq". Onun sözlərinə görə, bu, üsyançı "Ənsar Allah" hərəkatından olan husilər sülh təşəbbüslərini rədd etməyə davam edərlərsə, bu, zəruri olacaq.
Yəmən hökumət qüvvələri ölkənin cənub və şərq vilayətlərini nəzarətə götürüb