Venesuelada baş verən rejim dəyişikliyi təkcə regional və qlobal geosiyasətə deyil, dünya iqtisadiyyatına, xüsusən də enerji bazarına təsir göstərə biləcək mühüm hadisədir. Bu baxımdan baş verənlərin Azərbaycana da birbaşa aidiyyəti var.
Venesuela təsdiqlənmiş neft ehtiyatlarının həcminə görə dünyada birinci yerdədir. Ölkə 300 milyard barel neft ehtiyatına sahibdir ki, bu da dünya üzrə ehtiyatların 17 faizindən çoxdur. Venesuela təbii qazla da zəngindir və kəşf olunmuş ehtiyatların həcminə görə (təxminən 200 trilyon kubmetr) dünyada səkkizinci sıradadır. ABŞ ilə münasibətlərdə böhranın başlamasından əvvəl Venesuela orta hesabla sutkada 2,3 milyon barel neft hasil edirdi. Lakin Huqo Çavezin ikinci prezidentlik müddətindən başlayaraq (2001–2007) rejimin avtoritarlaşması, Kuba ilə yaxın müttəfiqlik siyasəti və ABŞ ilə münasibətlərin pisləşməsi nəticəsində ölkədə siyasi-iqtisadi tənəzzül prosesi başladı. Çavez 2012-ci ilin oktyabrında dördüncü dəfə prezident seçilsə də, qısa müddət sonra - 2013-cü ilin martında vəfat etdi. Bundan sonra başlayan Nikolas Maduro dövrü isə böyük iqtisadi çöküş, müxalifətə qarşı zorakılıqlar, etirazçıların repressiyası və milyonlarla insanın ölkəni tərk etməsi ilə yadda qaldı. Nəticə isə göz qabağındadır.
Maduronun devrilməsinin qısamüddətli iqtisadi təsirlərinin böyük olacağı gözlənilmir. ABŞ-nin keçirdiyi lokal hərbi əməliyyat zamanı Venesuelanın neft infrastrukturu zərər görməyib, hasilat davam edir. Hətta hasilat dayansaydı belə, qlobal enerji bazarına ciddi təsir göstərməyəcəkdi, çünki sutkalıq hasilat 700–800 min barelə qədər düşüb ki, bu da dünya tələbatının 1 faizindən azdır. Digər tərəfdən, son həftələrdə Venesuela neftini daşıyan tankerlərin ABŞ tərəfindən əngəllənməsi də qiymət artımına səbəb olmadı. Əksinə, qiymətlər aşağı düşməkdə davam edir və Brent nefti 60 dollar səviyyəsinə geriləyib.
Orta və uzunmüddətli perspektivdə isə Venesueladakı dəyişikliklərin ciddi nəticələri ola bilər. Siyasi sabitlik yarandıqdan və ABŞ-yə yaxın hakimiyyət formalaşdıqdan sonra ölkəyə tətbiq edilən sanksiyaların tezliklə ləğv olunacağı gözlənilir. ABŞ şirkətləri yenidən Venesuela enerji sektoruna və ümumi iqtisadiyyatına investisiya yatıracaq, nəticədə neft və qaz hasilatı mərhələli şəkildə artmağa başlayacaq. Bu proses, təbii ki, zaman tələb edir. Lakin Venesuela neftinin bazara çıxmaması şəraitində belə, hazırda dünya neft bazarında təklif tələbdən artıqdır.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, 2026-cı ildə gündəlik təklif tələbatı 3,8 milyon barel üstələyəcək. Bu, kifayət qədər ciddi disbalansdır. Fors-major baş verməzsə, neftin qiymətinin bu il də ucuzlaşması gözlənilir. Əsas səbəb dünya iqtisadiyyatının zəif templə inkişaf etməsidir. Çinin sürətli yüksəliş dövrü arxada qalıb və hazırda ölkə maksimum illik 5 faizlik iqtisadi artıma nail olur. Bununla yanaşı, Çin daxili yanma mühərrikli avtomobillərdən sürətlə imtina edərək elektromobillərə keçir ki, bu da neftə tələbatı azaldan amillərdən biridir.
Əslində, neftin qiymətlərini ciddi şəkildə yüksəldə biləcək fors-major ehtimalı da demək olar ki, qalmayıb. Artıq enerji bazarı geosiyasi faktorlarla bağlı xəbərlərə minimal reaksiya verir. 2025-ci ildə Orta Şərqdə uzun illərdir gözlənilən İsrail–İran və ABŞ-İran toqquşması baş versə də, neft cəmi 5 dollar bahalaşdı və qısa müddət sonra qiymətlər yenidən müharibədən əvvəlki səviyyəyə qayıtdı. Nəzəri baxımdan OPEC+ çərçivəsində hasilatın kəskin azaldılması ilə qiymətlərin dəstəklənməsi mümkündür, lakin bu ehtimal da zəifdir. Çünki həmin ölkələrin neft gəlirlərinə ehtiyacı böyükdür və onlar bazar paylarını OPEC-dən kənar hasilatçılara güzəştə getmək istəmirlər. Üstəlik, Venesuela da OPEC üzvüdür və ABŞ-yə yaxın hökumət iş başına gəldikdən sonra Karakasın bu karteldən uzaqlaşması da istisna edilmir.
Beləliklə, neft bazarındakı həm qısamüddətli, həm də uzunmüddətli tendensiyalar Azərbaycana müsbət perspektiv vəd etmir. Ölkədə köhnə yataqların tükənməsi fonunda hasilatın azalması problemi də yaşanır.
Yəni iki neqativ proses paralel gedir: bir tərəfdən qiymətlər düşür, digər tərəfdən hasilat azalır. Daxili bazarda qiymət artımları, vergilərin və cərimələrin yüksəldilməsi Azərbaycan hakimiyyətinin artıq ciddi “stres” yaşadığını göstərir. Neft gəlirlərinin azalması mümkün qədər əhalinin üzərinə yüklənməklə kompensasiya edilməyə çalışılır. Nəticədə, Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntilər və proqnozlar yalnız neqativ istiqamətdədir. 2026-cının 2025-ci ildən daha ağır olacağı şübhəsizdir. Ən acınacaqlı məqam isə budur ki, Azərbaycan hər yeni ilin əvvəlkindən daha çətin keçəcəyi uzunmüddətli mərhələyə daxil olub.
Venesuela nefti bazara çıxarsa: Azərbaycan daha çətin mərhələyə daxil olur?